Azərbaycan və Türkiyə hərbçiləri birgə taktiki-xüsusi təlimlərə başlayır
Tarix: 04-04-2021 13:35 | Bölmə: Gündəm
Azərbaycan və Türkiyə hərbçiləri birgə taktiki-xüsusi təlimlərə başlayır

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən aprelin 6-da Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri başlayır.

Reyting.az
  Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimlər zamanı hərbi rabitəçilər təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi rayonlarına çıxarılaraq vahid rabitə sisteminin təşkil edilməsi üzrə tapşırıqları yerinə yetirəcəklər: "Müasir rabitə vasitələrinin və avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi ilə keçiriləcək təlimlərdə qoşunların qarşılıqlı fəaliyyətinin təşkili, səhra idarəetmə məntəqələrinin açılması və digər tədbirlər icra olunacaq. Təlimlər aprelin 8-dək davam edəcək".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}