Azərbaycanda daha 2021 nəfər koronavirusa yoluxub, 29 nəfər vəfat edib
Tarix: 04-04-2021 15:12 | Bölmə: Gündəm
Azərbaycanda daha 2021 nəfər koronavirusa yoluxub, 29 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2021 yeni yoluxma faktı qeydə alınıb, 776 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib:

"Bununla da indiyədək ümumilikdə 270 735 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 241 646 nəfər müalicə olunaraq sağalıb, 3 677 nəfər vəfat edib, aktiv xəstə sayı 25 412 nəfərdir.

Ölkədə son sutka ərzində 12 210 , hazırkı dövrədək isə 2 928 955 test aparılıb".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}