Baş Prokurorluq: “AMEA-dakı qanun pozuntuları ilə əlaqədar istintaq aparılır”
Tarix: 05-04-2021 18:31 | Bölmə: Gündəm
Baş Prokurorluq: “AMEA-dakı qanun pozuntuları ilə əlaqədar istintaq aparılır”

Baş Prokurorluq Hesablama Palatasının hesabatında göstərilən bəzi məlumatlara münasibət bildirib.

Qeyd olunub ki, bəzi kütləvi informasiya vasitələrində “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatına istinadla Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində (“Qaçqınkom”), Kütləvi İnformasiya Vasitələrinə Dəstəyi Fondunda (KİVDF), habelə Milli Elmlər Akademiyasının (AMEA) struktur qurumunda yol verilmiş qanun pozuntularına dair yoxlama materiallarının aidiyyəti üzrə hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilməsi barədə məlumatlar yayılıb.

Baş Prokurorluq bildirir ki, “Qaçqınkom” və KİVDF-də yol verilmiş qanun pozuntuları faktlarına dair istintaq edilən cinayət işləri üzrə Baş Prokurorluq tərəfindən ictimaiyyətə ətraflı məlumatlar verilib.

“Milli Elmlər Akademiyasının fəaliyyətinə gəldikdə isə qeyd edirik ki, aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış və hazırda istintaq aparılır. İstintaqın nəticəsi barədə ictimaiyyətin məlumatlandırılması təmin ediləcəkdir”, - deyə Baş Prokurorluqdan bildirilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}