23:15 / 12-05-2024
Şoyqu getdi, Belousov gəlir
Azərbaycanda daha 2035 nəfər koronavirusa yoluxub, 32 nəfər vəfat edib 
Tarix: 06-04-2021 18:12 | Bölmə: Gündəm
Azərbaycanda daha 2035 nəfər koronavirusa yoluxub, 32 nəfər vəfat edib 

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 035 yeni yoluxma faktı qeydə alınıb, 1 174 nəfər müalicə olunaraq sağalıb.

Reyting.az
xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, son sutkada 32 nəfər COVID-19-dan vəfat edib:

"İndiyədək ölkədə ümumilikdə 273 869 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 243 467 nəfər müalicə olunaraq sağalıb, 3 743 nəfər vəfat edib, aktiv xəstə sayı 26 659 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 701, ötən müddət ərzində isə ümumilikdə 2 948 419 test aparılıb".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}