Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası təsdiqlənib
Tarix: 08-04-2021 15:34 | Bölmə: Gündəm
Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydası”nı təsdiq edib.

Reyting.az
xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Həmçinin qərarla ləğv olunmuş Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2014-cü il 10 fevral tarixli 021-Q nömrəli Qərarı ləğv edilib.

Qərara əsasən, dövlət orqanının rəhbəri tərəfindən qiymətləndirilmənin nəticəsi əsasında dövlət qulluqçusu barəsində aşağıdakı tədbirlərdən birinin tətbiqi müəyyən edilə bilər:

- qiymət əla (5 və 4.6 qiymətləri arasında) olduqda – dövlət qulluqçusu bu qiymətlə iki il ardıcıl olaraq qiymətləndirilərsə, qanunvericiliyə uyğun olaraq onun mükafatlandırılması, habelə dövlət qulluqçusuna vaxtından əvvəl ixtisas dərəcəsinin verilməsi;

- qiymət yaxşı (4.5 və 3.6 qiymətləri arasında) olduqda - dövlət qulluqçusu bu qiymətlə üç il ardıcıl olaraq qiymətləndirilərsə, qanunvericiliyə uyğun olaraq onun mükafatlandırılması, dövlət qulluqçusunun fəaliyyətinin və bacarıqlarının daha da 14 təkmilləşdirilməsi məqsədilə əlavə təhsilə və ya xüsusi təlimlərə cəlb edilməsi;

- qiymət kafi (3.5 və 2.6 qiymətləri arasında) olduqda – dövlət qulluqçusunun fəaliyyətinin və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə əlavə təhsilə və ya xüsusi təlimlərə cəlb edilməsi;

- qiymət qeyri-kafi (2.5 və daha aşağı) olduqda – bu qiymət növbəti qiymətləndirilmə zamanı dəyişməzsə, dövlət qulluqçusunun bilik və bacarıqlarına uyğun digər analoji vəzifəyə keçirilməsi və bu qiymət yenidən növbəti qiymətləndirilmə zamanı dəyişmədikdə, onun aşağı inzibati vəzifəyə keçirilməsi.

Təqvim ili ərzində fəaliyyəti əla qiymətləndirilmiş dövlət qulluqçularının sayı həmin dövlət orqanı üzrə qiymətləndirilən dövlət qulluqçularının ümumi sayının 20 faizindən çox ola bilməz.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}