12:51 / 10-05-2024
Sabiq rektora hökm oxunub
BMT Baş Assambleyasının Prezidenti Fəxri xiyabanı ziyarət edib - Fotolar
Tarix: 09-04-2021 10:54 | Bölmə: Gündəm
BMT Baş Assambleyasının Prezidenti Fəxri xiyabanı ziyarət edib

Azərbaycanda səfərdə olan BMT Baş Assambleyasının Prezidenti, 75-ci sessiyanın sədri Volkan Bozkır Fəxri xiyabanı ziyarət edib.

Reyting.az
-ın məlumatına görə, V. Bozkır Ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, ehtiramını bildirib. O, akademik Zərifə Əliyevanın da məzarı önünə gül düzüb.

V. Bozkır daha sonra Şəhidlər xiyabanında “Əbədi məşəl” kompleksi və şəhid olmuş türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub, şəhidlərin ruhuna ehtiramını ifadə edib.

“Azərbaycan uğrunda canlarını fəda edən şəhidlərimizi hörmətlə yad edirik. Bu qardaş torpaqlarda rahat uyuyun”, - deyə V. Bozkır “Türk şəhidliyi”ndə söyləyib.(APA)





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}