12:51 / 10-05-2024
Sabiq rektora hökm oxunub
Putin və Ərdoğan Qarabağdakı vəziyyəti müzakirə ediblər
Tarix: 09-04-2021 18:54 | Bölmə: Gündəm
Putin və Ərdoğan Qarabağdakı vəziyyəti müzakirə ediblər

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Kremlin məlumatına görə, Ərdoğan Rusiyanın Dağlıq Qarabağda vəziyyətin sabitləşməsini təmin etmək üçün atdığı addımları, eyni zamanda, 9 Noyabr 2020-ci il tarixli və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların tədricən icrasını alqışlayıb.

V. Putin türkiyəli həmkarını bu yaxınlarda Azərbaycan və Ermənistan liderləri ilə apardığı təmasların nəticələri barədə məlumatlandırıb.

Cənubi Qafqazda nəqliyyat infrastrukturunun bərpası ilə bağlı işlərin intensivləşdirilməsinin vacibliyi barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}