13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Prezidentin köməkçisi: "Türk Şurası çərçivəsində media platformasının yaradılmasına ehtiyac var"
Tarix: 10-04-2021 14:40 | Bölmə: Gündəm
Prezidentin köməkçisi: "Türk Şurası çərçivəsində media platformasının yaradılmasına ehtiyac var"

“İnformasiya ölkələr arasında münasibətlərdə mühüm resursdur. Azərbaycan mediası 44 günlük Vətən müharibəsində öz imkanları ilə həqiqətləri dünyaya çatdırmaq istiqamətində səylər göstərirdi”.

Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin üçüncü toplantısında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, türk mediası da Azərbaycan mediası ilə çiyin-çiyinə fəaliyyət göstərirdi: “Düşünürük ki, Türk Şurası çərçivəsində də media platformasının yaradılmasına ehtiyac var. Bu vəsilə ilə media forumları da təşkil edilə bilər”/Report.

Hikmət Hacıyev deyib ki, informasiya və kommunikasiya sahəsində Türk Şurası ilə əməkdaşlığımız prioritet təşkil edir.

Onun sözlərinə görə, qarşıda duran vəzifə informasiya və kommunikasiya sahəsində əməkdaşlığı daha da genişləndirməkdən ibarətdir: “Ölkələrimiz tərəfindən fundamental sənədlər qəbul edilib”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər