13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Prezidentin köməkçisi: “Gəncəyə raket zərbələri endirməsi əmirini verənlər məsuliyyət daşıyırlar”
Tarix: 11-04-2021 16:43 | Bölmə: Gündəm
Prezidentin köməkçisi: “Gəncəyə raket zərbələri endirməsi əmirini verənlər məsuliyyət daşıyırlar”

“Ermənistan ərazisindən 2020-ci il oktyabrın 11-də Gəncə şəhərinə “Skad” raketləri atılıb”.

Bunu bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə səfərdə olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin nümayəndə heyətlərinin üzvlərinə Ermənistan ordusunun Gəncəyə endirdiyi raket zərbələri barədə məlumat verərkən bildirib.

H. Hacıyev deyib ki, 2020-ci il oktyabrın 17-də Gəncəyə növbəti dəfə raket zərbəsi endirilib: “Oktyabrın axırında isə Bərdə şəhərinə “Smerç” raketləri atdılar. Ümumiyyətlə, müharibə dövründə Azərbaycanın müxtəlif şəhərləri hər hansı bir hədəf müəyyənləşdirilmədən, legitim hədəflər müəyyənləşdirilmədən raket zərbələri endirmək. Burada da yalnız bir məqsəd – mülki insanları öldürmək, mülki insanlar arasında maksimum dərəcədə tələfata nail olmaq idi. Avropa məkanına baxsaq, İkinci Dünya Müharibəsindən sonra mülki insanlara qarşı ballistik raketlərdən istifadə edilməyib. İkinci Dünya Müharibəsi zamanı faşist Almaniyası Britaniya şəhərlərinə ballistik raketlər atıblar. Hərbi əməliyyatların gedişində Ermənistan bu yola da əl atdı. Hətta bir neçə hal oldu ki, Azərbaycan Silahlı Qüvvələrinin öncədən zərərsizləşdirməsi nəticəsində daha böyük risklərin də qarşısı alınmış oldu. Atəş edilməyə hazır vəziyyətə gətirilən bir neçə “Skad” raketləri zərərsizləşdirildi. Ermənistan rəsmilərindən biri demişdi ki, məqsədləri odur ki, Gəncəni heç arxeoloqlar da tapa bilməsin. Ermənistanda Gəncəyə raket zərbələri endirməsi əmirini verən insanlar müharibə cinayətlərinə görə məsuliyyət daşıyırlar”/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər