Azərbaycanda daha 2414 nəfər koronavirusa yoluxub, 36 nəfər vəfat edib
Tarix: 11-04-2021 18:30 | Bölmə: Gündəm
Azərbaycanda daha 2414 nəfər koronavirusa yoluxub, 36 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 414 yeni yoluxma faktı qeydə alınıb, 1 695 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 36 nəfər vəfat edib:

"İndiyədək ölkədə ümumilikdə 285 993 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 250 708 nəfər müalicə olunaraq sağalıb, 3 915 nəfər vəfat edib. Aktiv xəstə sayı 31 370 nəfər təşkil edir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 248, bu günə qədər isə ümumilikdə 3 018 445 test icra olunub".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}