İlham Əliyev Fəzail İbrahimlini təltif edib - Foto
Tarix: 12-04-2021 12:13 | Bölmə: Gündəm
İlham Əliyev Fəzail İbrahimlini təltif edib

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Fəzail Feyruz oğlu İbrahimli “Şöhrət” ordeni ilə təltif edilib.

Reyting.az
xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Fəzail İbrahimli Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədridir. VHP sədrinin birinci müavini olan F. İbrahimli parlament rəhbərliyində müxalifəti təmsil edir.

F. İbrahimli 1951-ci il aprelin 12-də Yardımlı rayonunun Çanaqbulaq kəndində anadan olub. Bu gün onun 70 yaşı tamam olur.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}