14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Gürcüstan prezidenti: “Qafqazın inkişafı üçün əməkdaşlığın alternativi yoxdur”
Tarix: 15-04-2021 18:17 | Bölmə: Gündəm
Gürcüstan prezidenti: “Qafqazın inkişafı üçün əməkdaşlığın alternativi yoxdur”

“Regiondakı istənilən münaqişə bütün bölgəyə təsir edir, buna görə də Qafqazın inkişafı üçün sülh və əməkdaşlığın alternativi yoxdur”.

Bunu Gürcüstan prezidenti Salome Zurabişvili erməni həmkarı Armen Sarkisyanla birgə bəyanatla çıxış edərkən deyib.

O, Azərbaycan və Ermənistan arasında münaqişə zamanı və hazırda da Gürcüstanın sülhün tərəfində olduğunu bildirib: “Bunun təsdiqi olaraq biz dialoq üçün platforma təklif etdik və bu təklifimiz qüvvədə qalmaqda davam edir”/Report.

Gürcü lideri bildirib ki, xarici aktyorların bölgəyə artan marağı, yeni əməkdaşlıq plan və platformalarla bağlı təşəbbüslərin səsləndirilməsi regionun mühüm əhəmiyyətini təsdiqləyir. Dövlət başçısı bildirib ki, Qafqaz ölkələrinin rolu həlledici qalır: “Qafqazın gələcəyini Qafqaz ölkələri birgə müəyyən etməlidirlər”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}