13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Azərbaycandan Avropa İttifaqına etiraz - Aİ nümayəndəsi XİN-ə çağırılıb
Tarix: 16-04-2021 20:15 | Bölmə: Gündəm
Azərbaycandan Avropa İttifaqına etiraz - Aİ nümayəndəsi XİN-ə çağırılıb

Aprelin 16-da Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəsi, səfir Kestudis Yankauskas Xarici İşlər Nazirliyinə çağırılıb.

XİN-dən Reyting.az-a verilən məlumata görə, görüşdə Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın bu il aprelin 14-də Ermənistana səfəri çərçivəsində özünü “xarici işlər naziri” kimi qələmə verən, qanunsuz rejimin nümayəndəsi David Babayanla görüşməsi ilə bağlı K. Yankauskasa etiraz bildirilib.

Aİ nümayəndəsi Toivo Klaarın münaqişə sonrası bölgədə yaranmış yeni reallıqları nəzərə almayan, kövrək sülhə təhdid doğuran və qarşı tərəfə əsassız gözləntilər verən addımlar atmasının yolverilməz olduğu vurğulanıb.

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin bu kimi fəaliyyətinin Azərbaycan tərəfinin ona olan etimadını heçə endirdiyi qarşı tərəfin diqqətinə çatdırılıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər