Səhiyyə nazirinin səlahiyyətləri yeni təyin olunan birinci müavinə tapşırılıb - Sərəncam
Tarix: 23-04-2021 16:43 | Bölmə: Gündəm
Səhiyyə nazirinin səlahiyyətləri yeni təyin olunan birinci müavinə tapşırılıb

Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini təyin edilib.

Reyting.az
-ın xəbərinə görə, bununla bağlı prezident İlham Əliyev sərəncam imzalayıb.

Prezidentin imzaladığı digər sərəncamla Azərbaycan Respublikası səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti səhiyyə nazirinin birinci müavini Teymur Yusif oğlu Musayevə verilib.

Qeyd edək ki, Teymur Musayev bu təyinatadək Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}