13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Ərdoğan hökuməti təcili toplayır: Baydenin dediklərinə cavab tədbirləri görüləcək
Tarix: 26-04-2021 11:07 | Bölmə: Gündəm
Ərdoğan hökuməti təcili toplayır: Baydenin dediklərinə cavab tədbirləri görüləcək

Bu gün Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın sədrliyi ilə hökumətin iclası keçiriləcək.

Reyting.az
xəbər verir ki, toplantıda əsas məqsəd ABŞ prezidenti C. Baydenin 1915-ci il hadisələrini “qoyqırımı” kimi tanımasına cavab verməkdir. Xarici işlər naziri Mövlud Çavuşoğlunun bununla bağlı təqdimatı planlaşdırılır.

Hökumətin toplantısında ABŞ-ın sözdə soyqırımı qərarı ilə əlaqədar olaraq qarşıdakı günərdə atılacaq addımlar müzakirə ediləcək.

İclasda ABŞ ilə ticarət, siyasi, iqtisadi və müdafiə kimi istiqamətlərdə həyata keçirilən əməkdaşlıq gözdən keçiriləcək. Bu məqsədlə ilk olaraq Türkiyənin Vaşinqtondakı səfiri məsləhətləşmələr üçün Ankaraya çağırılacaq.

Toplantıda prezident Ərdoğanın daha əvvəl “Qapadılması lazım gələcəksə, İncirlik bazasını qapadarıq, Kürəciki də bağlayarıq”,- sözlərini ifadə etdiyi kimi İncirlik bazası ilə bağlı qiymətləndirmə də aparılacaq.

Hökumətin iclasında koronavirusla mübarizə çərçivəsində həyata keçirilən tədbirlərin yoluxma sayına təsiri də qiymətləndiriləcək. Xüsusilə Ramazan bayramında 4 günlük qadağa və ya mayın 19-na qədər küçələrə çıxmaq qadağasının olub-olmayacağına dair qərar veriləcəyi gözlənilir.

Qeyd edək ki, Türkiyənin Baydenin qərarı ilə bağlı atacağı addımlar haqqında prezident Ərdoğanın sözçüsü İbrahim Kalın “Royter” Agentliyinə açıqlama verib. Kalın deyib ki, qarşıdakı günlərdə və aylarda bu məsələyə fərqli qarşılıq veriləcək.

Xatırladaq ki, Türkiyə prezidenti ABŞ liderinin bu addımlarına indiyə qədər reaksiya verməyib. Ehtimal olunur ki, bu gün baş tutacaq hökumətin iclasından sonra Ərdoğan kameralar önünə keçəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər