13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
İH: "Təhsil şöbəsinin müdiri ilə baş memar sərbəst buraxılıb"
Tarix: 29-04-2021 12:56 | Bölmə: Gündəm
İH: "Təhsil şöbəsinin müdiri ilə baş memar sərbəst buraxılıb"

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Şəmkir rayon İcra Hakimiyyətinin iki vəzifəli şəxsi sərbəst buraxılıb.

Reyting.az
-ın məlumatına görə, Şəmkir rayon İcra Hakimiyyətinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elgün Seyidov Unikal.org-a açıqlamasında bildirib ki, təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev ifadəsi alındıqdan sonra azad olunub.

Qeyd edək ki, aprelin 26-sı DTX-nın keçirdiyi əməliyyat zamanı Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, onun sabiq birinci müavini, hazırki təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov və mənzil-kommunal istismar idarəsinin rəisi Teymur Hacıyev saxlanılmışdı.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər