07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Nazir Azad Rəhimov özəl təyyarə ilə Bakıya gətirilib?
Tarix: 29-04-2021 21:49 | Bölmə: Gündəm
Nazir Azad Rəhimov özəl təyyarə ilə Bakıya gətirilib?

Bir müddətdir ABŞ-da müalicə olunan Azərbaycanın Gənclər və idman naziri Azad Rəhimovun Bakıya gətirildiyi bildirilir.

Qafqazinfo saytı xəbər verir ki, 56 yaşlı nazir paytaxtda özəl xəstəxanalardan birinə yerləşdirilib. Koma vəziyyətində olan Azad Rəhimov süni nəfəs aparatına qoşulduğu qeyd edilir.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova “Facebook” səhifəsində yayılan məlumatlara aydınlıq gətirib.

Reyting.az xəbər verir ki, S. Məmmədova sosial şəbəkə hesabında yazıb:

“Hörmətli media nümayəndələri, bəzi saytlarda nazir Azad Rəhimovun Bakıya gətirilərək özəl xəstəxanalardan birində süni nəfəs aparatına qoşulması ilə bağlı yazılan xəbər yanlışdır. Azad müəllimin vəziyyəti ağır olaraq qalır. ABŞ-dadır”.

Qeyd edək ki, ağciyər xərçəngi və qaraciyər serrozundan əziyyət çəkən nazir yanvar ayından ABŞ-da müalicə olunur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}