14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Azərbaycanda daha 1196 nəfər koronavirusa yoluxub, 27 nəfər vəfat edib 
Tarix: 30-04-2021 19:01 | Bölmə: Gündəm
Azərbaycanda daha 1196 nəfər koronavirusa yoluxub, 27 nəfər vəfat edib 

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 196 yeni yoluxma faktı qeydə alınıb, 2 162 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 319 109 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 289 460 nəfər müalicə olunaraq sağalıb, 4 517 nəfər vəfat edib. 25 132 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 319, bu günə qədər isə ümumilikdə 3 241 186 test icra olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}