Azərbaycanda daha 649 nəfər koronavirusa yoluxub, 16 nəfər vəfat edib
Tarix: 08-05-2021 16:37 | Bölmə: Gündəm
Azərbaycanda daha 649 nəfər koronavirusa yoluxub, 16 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 649 yeni yoluxma faktı qeydə alınıb, 1 720 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 16 nəfər vəfat edib: "İndiyədək ümumilikdə 326 056 nəfər koronavirusa yoluxub. Onlardan 304 580 nəfər müalicə olunaraq sağalıb, 4 666 nəfər vəfat edib, aktiv xəstə sayı 16 810 nəfərdir.

Azərbaycanda son gün ərzində 10 244, hazırkı dövrədək isə 3 321 511 test aparılıb".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}