07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Mehriban Əliyeva veteranları təbrik edib - Foto
Tarix: 09-05-2021 10:16 | Bölmə: Gündəm
Mehriban Əliyeva veteranları təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva faşizm üzərində qələbə münasibəti ilə veteranları təbrik edib.

Reyting.az
-ın məlumatına görə, təbrikdə deyilir:

“Əziz veteranlar!

Sizə ən xoş arzularımı və Faşizm üzərində Qələbə Günü münasibətilə səmimi təbriklərimi çatdırıram! Siz misilsiz igidlik, cəsarət, yenilməzlik və şücaət nümayiş etdirərək bizim dinc gələcəyimizi təmin etmisiniz. Biz sizin qəhrəmanlıq irsinizə sədaqətimizi daim qoruyub saxlayacağıq və onu nəsillərdən nəsillərə ötürəcəyik! Biz sizi çox sevirik, sizinlə fəxr edirik! Bu əlamətdar gündə hər birinizə möhkəm cansağlığı, ölkəmizə - sülh və əmin-amanlıq arzulayıram! Qələbə Gününüz mübarək!”.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}