23:27 / 27-11-2024
Zelenski NATO Baş katibi ilə müzakrə aparıb
22:45 / 27-11-2024
Tovuzda ağır qəza: 5 hərbçi həyatını itirib - (Yenilənib)
21:52 / 27-11-2024
"Avroviziya 2025"-lə bağlı problem həllini tapıb
21:24 / 27-11-2024
Daha bir tiktoker həbs edilib
20:58 / 27-11-2024
Səkkiz vəkil hakim təyin olunub
18:20 / 27-11-2024
Azərbaycanın 37 vətəndaşı Almaniyadan geri qaytarılıb
18:01 / 27-11-2024
Bələdiyyə seçkilərinin yekunları fevralın 26-dək elan ediləcək
17:50 / 27-11-2024
Nazirlikdə 24 milyonluq mənimsəmə: nələr açılır? - Məhkəmə prosesi
17:42 / 27-11-2024
Polşa prezidentinin Azərbaycanla sərhədə gəlməsi etirazla qarşılanır
17:31 / 27-11-2024
Azərbaycan ərazisində yenidən zəlzələ olub
17:23 / 27-11-2024
Bələdiyyə seçkiləri: namizədlərin qeydə alınması nə vaxt başlayacaq?
17:09 / 27-11-2024
Bələdiyyə seçkiləri: müşahidəçilərlə bağlı qərar verilib
16:42 / 27-11-2024
MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar işçi qrupu yaradılıb
16:39 / 27-11-2024
Bərdədə bank əməkdaşı həbs olunub
16:22 / 27-11-2024
Bələdiyyə seçkilərinin keçiriləcəyi tarix açıqlanıb
16:19 / 27-11-2024
Kuleba: “Ruslar Dnepr, Poltava və Zaporojyedə peyda olacaq”
16:05 / 27-11-2024
Canavar hücumları kəndin boşalmasına səbəb olub - Foto
15:51 / 27-11-2024
Ən çox axtarılan cinayətkar 21 ildən sonra saxlanılıb
15:44 / 27-11-2024
Bu sahələrdə işləyənlər vergidən azad olunur - Siyahı
15:42 / 27-11-2024
Müəllimlər İnstitutunun rektoru vəzifədən kənarlaşdırılıb
15:36 / 27-11-2024
Prezident Milli Konservatoriyaya rektor təyin edib - Sərəncam
15:05 / 27-11-2024
Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayır
15:01 / 27-11-2024
Növbəti iki gündə yağış yağacaq - Xəbərdarlıq
14:46 / 27-11-2024
Elm və Təhsil Nazirliyində 18 milyonluq iki şübhəli tender keçirilib
14:42 / 27-11-2024
Milli Məclisə yeni avtomobillər alınıb
14:33 / 27-11-2024
Bakıda beynəlxalq oyun festivalı keçiriləcək
14:31 / 27-11-2024
Üçüncü Kəlağayı Festivalı keçirilib
14:21 / 27-11-2024
Milli Məclis jurnalistlərlə bağlı qanunu qəbul edib
14:16 / 27-11-2024
Spikerlə daha bir deputat arasında gərginlik yaranıb
14:12 / 27-11-2024
Məşhur aktyorun daha bir ideyası reallaşıb
21:06 / 25-11-2024
Direktor və dəstəsi oğurluğa cəhd edərkən yaxalanıb - Fotolar
14:10 / 25-11-2024
Azərbaycanda yeni bələdiyyələr yaradılıb - Siyahı
22:10 / 25-11-2024
70 kq qızılla tutulan diplomat haqqında həbs qərarı verilib - (Yenilənib)
18:00 / 25-11-2024
Hərbi ekspert Ədalət Verdiyev həbs edilib
08:28 / 25-11-2024
COP29 - Dünyanı sevindirən 13 gün: nəticələr və perspektivlər
22:45 / 27-11-2024
Tovuzda ağır qəza: 5 hərbçi həyatını itirib - (Yenilənib)
13:56 / 27-11-2024
Partiya sədri, deputat qızı və ailənin digər üzvləri məhkəməyə verilib
12:23 / 26-11-2024
Vəzifəli şəxslər həbs olunub
11:14 / 26-11-2024
Tramp üç ölkəyə xəbərdarlıq edib
14:00 / 25-11-2024
Nazirlik Boradigah sakinlərinə müsbət cavab verib
00:05 / 23-11-2024
Sumqayıt-75: keçmişə baxış və inkişaf impulsları
Prezident Müqəddəs Məryəm Ana Alban kilsəsində olub - Fotolar
Tarix: 15-05-2021 17:03 | Bölmə: Gündəm
Mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsində olublar.
Reyting.az xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma kilsədə görülən işlər barədə məlumat verildi:
- Müqəddəs Məryəm Ana kilsəsi 2019-cu ildə Heydər Əliyev Fondu tərəfindən bərpa olunmağa başlanmış və 2020-ci ilin noyabr ayında 44 günlük müharibə zamanı bərpa işləri başa çatdırılmışdır. Buyurun, ilkin vəziyyəti ilə tanış ola bilərsiniz.
Prezident İlham Əliyev: Bu vəziyyətdə idi?
- Bəli.
Prezident İlham Əliyev: Gümbəzi də yox idi, uçmuşdu.
- Bəli uçmuşdu. Yenidənqurma zamanı tikilinin 50 faizə yaxın kərpicləri, daşları bərpa olunmuşdur.
Prezident İlham Əliyev: Salam.
- Bizim əziz Prezidentimiz, xoş gəlmisiniz. Məryəm Ana Kilsəsinə xoş gəlmisiniz. Allah Sizi qorusun, Allah Azərbaycanı qorusun.
Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun.
- Həmçinin həyətyanı sahə abadlaşdırılmış, sahəsi hasarlanmış, bulaq və üç gölməçə yaradılmışdır.
Prezident İlham Əliyev: Bulaq haradadır? Burdadır?
- Bəli.
Prezident İlham Əliyev: Salam.
- Salam, xoş gəlmisiniz, cənab Prezident.
Prezident İlham Əliyev: Sağ olun.
- Kilsənin tavanı, döşəməsi dəyişdirilmişdir. Kilsənin aşağı hissəsi XII əsrdə tikilmişdir, Siz onların dağıntılarını da görə bilərsiniz. Biz onların bəzilərini bərpa etmişik. İkinci hissənin tikintisi isə 1898-ci ildə davam etdirilmişdir və bərpa olunmuşdur.
Prezident İlham Əliyev: Uçmuş vəziyyətdə idi.
- Çox pis vəziyyətdə idi. Bərpa zamanı işlər Afina memarlığına uyğun olaraq aparılmışdır. Həm daxili, həm xarici tərtibata heç bir xələl gətirilməmişdir. Biz çalışmışıq ki, o vaxt tikinti zamanı istifadə olunan inşaat materiallarından istifadə edək.
Prezident İlham Əliyev: Yəni o vaxt bu kərpiclərlə inşa edilmişdi?
- Bəli, 1898-ci ildə tikilmişdir. Biz bu kərpiclərin təqribən 50 faizini dəyişdirmişik, ancaq köhnə kərpiclərdən istifadə etmişik.
Prezident İlham Əliyev: Mənə Leyla danışmışdı ki, burada olarkən söhbət əsnasında bu kilsə ilə bağlı məsələ qaldırıldı. O da Bakıya gələn kimi dərhal bu məsələni qaldırdı və ondan sonra bərpa işlərinə start verilmişdir. Bildiyiniz kimi, İkinci Qarabağ müharibəsi dövründə bu kilsənin açılışı olmuşdur.
- Bəli, ayın 7-də açılışı oldu.
Prezident İlham Əliyev: Bəli, yenidən açılışı olmuşdur.
- Bizim müdrik Prezidentimiz, Leyla xanım tək Sizin qızınız deyil, o, bizim də qızımızdır, Udi qızıdır. Bəli, bir xahişimizlə bu kilsəni bizə hədiyyə etdi. Pandemiyaya, 44 günlük müharibəyə baxmayaraq, burada bərpa işləri bir gün də dayanmadı. Burada doqquz xalqın nümayəndələri çalışıblar. Çox sağ olun. Təşəkkürümüzü bildiririk.
Prezident İlham Əliyev: Udi xalqının çox böyük tarixi mirası var. İndi həm Qəbələ rayonu ərazisində və eyni zamanda, azad edilmiş torpaqlarda siz gedib ibadət edirsiniz - həm Xudavəngdə, həm Ağoğlanda. Orada udi xalqına məxsus olan digər məbədlər də var. Onların böyük hissəsi dağılmış, ya da ki, yarıdağılmış vəziyyətdədir. Ona görə, onları da bərpa edəcəyik. Siz o kilsələrə də gedəcəksiniz. Siz Xudavəngdə bir neçə dəfə olmusunuz.
- Olmuşuq. Biz Laçından, Ağoğlan kilsəsindən ayın 11-də gəlmişik. Cənab Prezident, yeddi dəfə səfərimiz olub.
Prezident İlham Əliyev: Çox yaxşı, bundan sonra da olacaq. Çünki bu, böyük bir tarixi irsdir, bizim mirasımızdır. Bu günlərdə Şuşada “Xarıbülbül” festivalında udi xalqının nümayəndələri çıxış etmişlər və orada sizdən olan nümayəndə də var idi. Bu da bir daha onu göstərir ki, Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır. Uzun fasilədən sonra Şuşada təşkil edilmiş “Xarıbülbül” festivalının ilk günündə Azərbaycanda yaşayan xalqların nümayəndələri səhnəyə çıxmış və öz mədəniyyətlərini nümayiş etdirmişlər. Eyni zamanda, biz hamımız birliyimizi nümayiş etdiririk və bu kilsənin bərpa edilməsi də bizim birliyimizi təcəssüm etdirir.
- Bəli, sağ olsun Heydər Əliyev Fondunun işçiləri. Sizə öz təşəkkürümüzü bildiririk. Çox gözəl bərpa işləri görüblər. Biz bayramınızı təbrik edirik.
Prezident İlham Əliyev: Sağ olun. Gedək baxaq.
- Cənab Prezident, burada bəzi daşlar XII əsrdən qaldığına görə....
Prezident İlham Əliyev: Qədim daşlardır.
- Bəli. qədim daşlardır. Biz Türyançaydan daşları tapdıq, onları kəsdik. Həmçinin kərpicləri. Çilçıraqlar, işıqlandırılma - hamısı qədim konsepsiyaya uyğun yaradılıb.
Prezident İlham Əliyev: Bəli, o stildə yenidən işlənib.
- Cənab Prezident, Müqəddəs Məryəm Ana kilsəsi Azərbaycanda ən böyük kafedral kilsədir. Alban kilsələrinin tərtibatı çox zaman çox geniş olmayıb.
Prezident İlham Əliyev: Bəli, sadə olub.
- Sadə olub. İkonalar olmayıb, çox sadə olub.
Prezident İlham Əliyev: Sovet vaxtında necə istifadə olunub?
- Bura kolxoz dövründə fındıq anbarı idi.
Prezident İlham Əliyev: Sonra müstəqillik dövründə burada bir kilsə bərpa edilmişdi.
- Bəli, Tur Heyerdal gələndə Mədəniyyət Nazirliyi və Norveç humanitar təşkilatı tərəfindən bir kilsə bərpa olundu. O kilsə Ümummilli Liderin vaxtında bərpa olundu. Bu kilsə isə bizim Leyla xanımın dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən bərpa edildi.
Prezident İlham Əliyev:Kiş kəndindəki kilsə deyəsən bundan kiçikdir.
- Çox kiçikdir, o birinci kilsədir, balacadır. Ən birinci, qədim kilsədir. Cənab Prezident, biz kilsəni alban, ortodoks konsepsiyasına uyğun olaraq bərpa etdik. Ermənilər özününküləşdirmişdilər. Adətən ermənilərdə Qriqoryan kilsəsində altar hissə daha hündür olur. Albanlarda isə 3 pilləkəndən ibarətdir. Bu, memarlıqda əsas elementdir. Biz onun üstünü açanda gördük ki, ermənilər bunun üstünü bağlayıblar. Biz bunları, alban xaçını təmizlədik.
Prezident İlham Əliyev: Bu alban xaçıdır?
- Bəli, altarı da sementlə bağlamışdılar. Çöl tərəfdən naxışların hamısını bağlamışdılar. Ümumiyyətlə, alban kilsəsi erməni kilsəsindən fərqlidir. Simvollar da fərqlidir.
Prezident İlham Əliyev: Bilirəm, XIX əsrdə bütün alban tarixi mirasını özününküləşdirmək istəmişdilər.
- Çalışıblar.
- Prezident İlham Əliyev: Sizin əlindən almışdılar.
- Bəli, biz sadəcə imtina edib saxladıq. Bizi erməniləşdirmək istəyirdilər, etnos kimi erməniləşdirmək istəyirdilər.
Prezident İlham Əliyev: Bilirəm, onların məqsədi o idi.
- Bəli, çalışırdılar ki, biz əriyək.
Prezident İlham Əliyev: Bəli, elədir, bilirəm.
- Cənab Prezident, çox maraqlı bir fraqmenti də Sizə göstərim, burada tapılan əlyazmalardır, dünyanın ən məşhur linqvistləri tərcümə edib, alban əlifbasıdır.
Prezident İlham Əliyev: Hansı, budur?
- Bəli, görürsünüz, çox maraqlıdır, özü də udi dili əsasında 9 dilə tərcümə ediblər. Bu, onu göstərir ki, albanların öz əlifbası erməni kilsəsindən qabaq olub. Bu məşhur Avropa alimləri tərəfindən təsdiq olunmuşdur. Hər bir vərəqi orijinaldır. Mən özüm Sinayda olmuşam, görmüşəm. Məşhur linqvistlər adlar çəkir, görürsünüz bunlar orijinaldır.
Prezident İlham Əliyev: Bu əlifbanı təbliğ etmək, öyrənmək lazımdır.
- Alimlər bu kitabı orijinaldan 9 dilə tərcümə ediblər.
Prezident İlham Əliyev: Siz indi gərək Mədəniyyət Nazirliyi ilə birlikdə bu əlifbada kitablar da dərc edəsiniz, uşaqlar da bu əlifbanı bilsinlər ki, bu, bərpa olunsun. Çünki, bu əlifba demək olar ki, istifadə olunmur. Ona görə, gərək bərpa edək. Elmlər Akademiyası, Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu ilə birlikdə.
- Surətini vermişik.
Prezident İlham Əliyev: Məşğul olun, bu əlifbada kitablar da dərc olunsun və uşaqlar da bu əlifbanı bilsinlər ki, bu əlifbanı biz bərpa edək.
- Cənab Prezident, bizim müqəddəs kitab birinci dəfə latın dilinə tərcümə olunub, onu Sizə hədiyyə edirik. Birinci dəfədir, hələ heç təqdimatını etməmişik. Müqəddəs kitabdır.
Prezident İlham Əliyev: Alban dilində?
- Bəli, özümüz tərcümə etmişik. Özü də Rafik müəllim tərcüməçidir. Biz burada 49 hərfdən istifadə etdik.
Prezident İlham Əliyev: 49 hərf var?
- Qədim 52-dir, biz bunu 49 etdik ki, kompüterdə işləmək üçün yüngül olsun. Burada bizim məktəblərdə latın dili əsasında 4-cü sinfə kimi ana dili dərsi keçirilir.
Prezident İlham Əliyev: Çox yaxşı, alban dili də yaşasın, bütün udilər bilməlidirlər.
- Udilər hamısı bilirlər, xüsusən Azərbaycan dilini çox gözəl bilirlər.
Prezident İlham Əliyev: O, öz yerində, Azərbaycan dili dövlət dilidir. Amma, alban dili təkcə məişətdə yox, burada udilər arasında geniş istifadə olunmalıdır.
- Müqəddəs kitablar buraxırıq, təqvimlər buraxırıq. Bunları yavaş-yavaş bərpa edirik.
Prezident İlham Əliyev: Çox yaxşı.
- Cənab Prezident, Siz noyabrın 24-də Ağdam məscidinin önündə olandan dörd gün sonra mən də orada idim, Robert müəllim də orada idi. Siz bütün dünyaya bəyan etdiniz ki, işğaldan azad olunmuş torpaqlarda biz kilsələri, məscidləri, monastırları bərpa edəcəyik, udi qardaşlar buraya gələcəklər. Siz bizi yaşatdınız. Biz oraya getdik, cənab Prezident. Biz Xocavəndə, Tuğa da getdik. Necə dediniz ki, qardaşlar buraya gələcəklər, bəli biz gəldik.
Prezident İlham Əliyev: Elədir, tarixi ədalət bərpa edildi.
- Sizə cansağlığı, uzun ömür arzulayırıq, Allah Sizi və ailənizi qorusun. Biz bu kilsədə də, bizim Yelisey adına kilsədə də, Qarabağda da daim dua edirik.
Prezident İlham Əliyev: Sağ olun, bütün udi qardaşlarımıza, bütün icma nümayəndələrinə salamlarımızı çatdırın. Siz bilirsiniz, mən birinci dəfə deyil buradayam, üçüncü dəfədir. İkinci dəfə gələndə məktəbin açılışı oldu.
- Bəli, çox gözəl yadımızdadır. Məktəbdə olduq.
Prezident İlham Əliyev: İndi mənə dedilər ki, bir məktəbin də təmirinə ehtiyac var. 1968-ci ildə tikilmiş məktəb yararsız vəziyyətdədir. O göstərişi də verəcəyəm. Sərəncam da imzalanacaq ki, o məktəbi də bərpa edək. Lazım olan bütün başqa işlər də görüləcək. Mən hər zaman sizin yanınızdayam.
- Çox sağ olun. İki məktəbimiz var, hansı ki, yaşı 150 ildən çoxdur.
Prezident İlham Əliyev: İki məktəb?
- Bəli. Çox gözəl etnoqrafik muzeyimiz var.
Prezident İlham Əliyev: Təmirə ehtiyacı olan iki məktəbdir, yoxsa bir məktəb? Mənə 4 nömrəli məktəb dedilər.
- İki.
Prezident İlham Əliyev: Biri hansıdır?
- Bir nömrəli məktəb.
Prezident İlham Əliyev: Bir və dörd.
- Bəli. Həmin məktəbin həyətində kilsə də var. Amma bir nömrəlinin yaşı 150-dən çoxdur.
Prezident İlham Əliyev: O biri məktəblərin vəziyyəti necədir?
- O da pisdir.
Birinci xanım Mehriban Əliyeva: Mən tapşıraram Heydər Əliyev Fondunun xətti ilə təmir olunsun.
- Bir məktəb 1972-ci ildə tikilib.
- Cənab Prezident, bizim gənclər üçün gələcəkdə bir idman kompleksinə böyük ehtiyac var.
Prezident İlham Əliyev: Təşkil edərik. Orada kənddə yer var?
- Həmin məktəbin həyətində yer var.
Prezident İlham Əliyev: O, bir nömrəli məktəbdir?
- Bəli.
Prezident İlham Əliyev: Bir nömrəli məktəbin təmiri, idman kompleksi ilə bağlı işləri yəqin ki, Heydər Əliyev Fondu görəcək. Dörd nömrəli məktəbdə isə təmir işləri dövlət xətti ilə həyata keçiriləcək.
- Həmin kilsənin həyətində.
Prezident İlham Əliyev: Mən olduğum kilsənin həyətində?
- Bəli.
Prezident İlham Əliyev: Gedək, oraya baxaq.
Bölməyə aid digər xəbərlər

Bu gün, 15:05
Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayır
Bu gün, 10:14
Şəhid ailələrinə güzəştlərin tətbiqi qaydası dəyişib
Dünən, 18:02
Deputatlar daha 15 qanuna dəyişiklik edəcək - Siyahı
25-11-2024, 19:04
Nazirlər Kabineti Səhiyyə Nazirliyi barədə qərar verib
25-11-2024, 15:53
Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - Video
25-11-2024, 14:21
İlham Əliyev Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edib
25-11-2024, 12:51
Azərbaycan və İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə təlimi keçirilir - Fotolar
25-11-2024, 12:27
İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib
25-11-2024, 10:06
Meşə təsərrüfatına dəyən zərər və itkilərin ödənilməsi qaydası dəyişib
25-11-2024, 09:39
Prezident Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib
25-11-2024, 00:01
Bu gün Kəlbəcər Şəhəri Günüdür
23-11-2024, 17:57
Prezident Su Təchizatı Xidmətinin fəaliyyət sahəsini genişləndirib
23-11-2024, 16:11
Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
23-11-2024, 16:02
Milli Müdafiə Universiteti ilə bağlı daha bir qərar imzalanıb
23-11-2024, 15:45
Nazirlər Kabineti daha bir qərar verib
23-11-2024, 14:31
Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib
22-11-2024, 16:50
İlham Əliyev: "ICAPP özünü nüfuzlu və perspektivli əməkdaşlıq platforması kimi təsdiqləyib"
22-11-2024, 15:25
Qazaxın azad olunmuş kəndlərində yeni zastavalar tikiləcək
22-11-2024, 11:54
“Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
21-11-2024, 19:12
Leyla Əliyeva Qlobal Liderlərin Dialoqunda iştirak edib - Fotolar
21-11-2024, 16:32
Deputatlar daha 12 qanuna dəyişikliyi müzakirəyə çıxaracaq - Siyahı
21-11-2024, 16:23
Leyla Əliyeva COP29-da: nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələr olub - Fotolar
21-11-2024, 12:13
Kərim Vəliyev pakistanlı komandanla görüşüb
20-11-2024, 23:09
Prezident Ağdam şəhəri ilə bağlı paylaşım edib
20-11-2024, 18:07
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib
20-11-2024, 17:44
Əli Əsədov iranlı nazirlə müzakirə aparıb
20-11-2024, 09:46
Leyla Əliyeva Bakıda ilk inklüziv iaşə obyektini ziyarət edib - Fotolar
20-11-2024, 09:26
COP29: çoxsəviyyəli və çoxsektorlu iqlim fəaliyyəti üzrə yüksək səviyyəli açılış olub
19-11-2024, 16:13
Azərbaycan və İran arasında hərbi əməkdaşlığa dair protokol imzalanıb
19-11-2024, 15:41
Azərbaycanın Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir - Fotolar
18-11-2024, 15:29
Daha üç şəhərə konsul təyinatı olub - Siyahı
18-11-2024, 15:16
Prezident qanunu təsdiqləyib - Dəyişiklik
18-11-2024, 15:13
İlham Əliyev baş konsul təyin edib
18-11-2024, 14:43
COP29-da Həmsədrlər Koalisiyası yaradıla bilər
18-11-2024, 13:16
İlham Əliyev Surangel Uipps ilə görüşüb - Fotolar
18-11-2024, 12:30
İlham Əliyev Millətlər Birliyi Təşkilatının Baş katibi ilə görüşüb
18-11-2024, 11:00
İlham Əliyev Rusiyanın maliyyə naziri və Dövlət Dumasında fraksiya rəhbəri ilə görüşüb
18-11-2024, 10:05
COP29: Xəzər dənizinin ekoloji vəziyyəti müzakirə olunub
17-11-2024, 18:04
İlham Əliyev federasiya prezidentlərini qəbul edib
17-11-2024, 09:24
"Barselona" klubunun prezidenti Zəfər parkını ziyarət edib
17-11-2024, 00:01
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
16-11-2024, 22:38
ABŞ dövlət katibinin müavini Azərbaycana gəlib - Fotolar