Azərbaycanın Ümumqoşun Ordusu döyüş vəziyyətinə gətirilib
Tarix: 16-05-2021 14:03 | Bölmə: Gündəm
Azərbaycanın Ümumqoşun Ordusu döyüş vəziyyətinə gətirilib

Azərbaycan Ordusu Naxçıvan Muxtar Respublikasında da irimiqyaslı hərbi təlimlərə başlayır. Məlumata görə, 2021-ci tədris ilinin döyüş hazırlığı planına uyğun olaraq mayın 17-də Naxçıvan Qarnizonunda müxtəlif qoşun növü birləşmə və hissələrinin cəlb edilməsi ilə komanda-qərargah təlimi keçiriləcək.

Reyting.az
xəbər verir ki, mayın 20-dək davam edəcək təlimdə praktiki fəaliyyətlərə cəlb olunan birləşmə və hissələr təlim-döyüş tapşırıqlarına uyğun təyinat rayonlarında məşq etdiriləcək.

Xatırladaq ki, Azərbaycan Ordusu bu gündən etibarən 15 minlik canlı qüvvə və yüzlərlə döyüş texnikasının cəlb olunduğu irimiqyaslı təlimlərə başlayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}