Ərdoğanla Ruhani danışdılar
Tarix: 16-05-2021 17:27 | Bölmə: Gündəm
Ərdoğanla Ruhani danışdılar

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.

Reyting.az
“Fars News”a istinadla xəbər verir ki, Ərdoğan əvvəlcə dünya gücləri və İran arasında nüvə sazişi mövzusuna toxunub.

Sonra Qəzza bölgəsindəki vəziyyət müzakirə olunub. İran və Türkiyə bölgənin iki əhəmiyyətli ölkəsi olaraq BMT və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) kimi beynəlxalq qurumlarda İsrailə qarşı əməkdaşlıq və ortaq səylər barədə söhbət aparılıb. İƏT İcraiyyə Komitəsinin bugünkü fövqəladə iclasına toxunan Ərdoğan toplantıda İsrail əleyhinə müvafiq qərar veriləcəyinə ümidvar olduğunu bildirib.

İran-Türkiyə Qarışıq İqtisadi Komissiyasının mayın 28-də keçiriləcək iclası ərəfəsində əməkdaşlıq sənədlərinin imzalanmasına toxunulub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}