Bu məhkəməyə iki hakim təyin ediləcək, biri isə vəzifəsindən azad olunacaq - Siyahı
Tarix: 18-05-2021 12:17 | Bölmə: Gündəm
Bu məhkəməyə iki hakim təyin ediləcək, biri isə vəzifəsindən azad olunacaq

Gəncə Apellyasiya Məhkəməsinə yeni hakimlərin təyin olunması təklif edilir.

Bununla bağlı parlamentə “Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında” sənəd daxil olub.

Sənədə əsasən, Salman Bilal oğlu Hüseynov və Mirbahəddin Mirdamət oğlu Hüseynov Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilir.

Tapdıq Şükür oğlu Mahmudov isə vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar olaraq Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilir/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər