Prezident pensiya və müavinət sahəsindəki pozuntularlarla bağlı yeni qanunu təsdiqləyib
Tarix: 18-05-2021 17:20 | Bölmə: Gündəm
Prezident pensiya və müavinət sahəsindəki pozuntularlarla bağlı yeni qanunu təsdiqləyib

İnzibati Xətalar Məcəlləsinə “Əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar olan inzibati xətalarla bağlı işlərə müvafiq informasiya sistemlərindən istifadə edilməklə baxılmanın xüsusiyyətləri” adlı fəsil əlavə olunub.

Reyting.az
xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb. 

Qanuna əsasən, bu sahədə inzibati xətalar müvafiq icra hakimiyyətin orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemləri, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” qanunla müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunacaq.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər