Sülhməramlılar Qarabağda daha 6 hərbi karvanımızı müşaiyət edib
Tarix: 23-05-2021 23:23 | Bölmə: Gündəm
Sülhməramlılar Qarabağda daha 6 hərbi karvanımızı müşaiyət edib

Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingenti 27 müşahidə məntəqəsində atəşkəs rejiminə əməl olunmasına nəzarəti davam etdirir.

Reyting.az
Rusiya Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, bütün təmas xəttində atəşkəs müşahidə olunur.

Rusiya sülhməramlıları mayın 23-də Azərbaycan Silahlı Qüvvələrinin daha altı hərbi karvanını müşaiyət edib. Hərbi karvanın dördü şimal və cənub istiqamətində Laçın dəhlizindən Şuşa-Qırmızı Bazar-Qacar marşrutu boyunca, digəri isə əks istiqamətdə hərəkətdə olub.

Bildirilir ki, rus sülhməramlıları vətəndaşların təhlükəsiz hərəkətini və mülki infrastrukturun bərpasını da təmin edirlər. Belə ki, 23 Noyabr 2020-ci ildən bəri Minalardan Təmizləmə Mərkəzinin mühəndis qrupları 2121 hektar ərazini partlamamış hərbi sursatlardan, 657,3 km yolu, 30 sosial əhəmiyyətli obyekt də daxil olmaqla 1844 binanı təmizləyib və 25,613 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}