Prezidentin köməkçisi: "İnsanlar vaksinasiya olunsun, ölümlə lotereya oynamasın"
Tarix: 25-05-2021 12:55 | Bölmə: Gündəm
Prezidentin köməkçisi: "İnsanlar vaksinasiya olunsun, ölümlə lotereya oynamasın"

"Mənim anam da, həyat yoldaşım da, qardaşım da vaksinasiya olunub".

Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib: 

"Sosial şəbəkələrdə vaksinlərin əks-təsirləri ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Bəzən sosial şəbəkələrdə qarşılaşırıq ki, hansısa təhülkələr haqqında danışırlar. Bunun heç bir elmi əsası yoxdur, cəfəngiyyatdır. Bizim iki yolumuz var. Ya vaksin vurdurmalıyıq, ya da xəstələnməliyik. Hamını peyvənd olunmağa çağırıram. İnsanlar vaksinasiya olunsunlar, ölümlə lotereya oynamasınlar".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}