Prezidentin köməkçisi: "İşçilərinin sertifikatı olmayan obyektlər bağlanacaq"
Tarix: 25-05-2021 13:06 | Bölmə: Gündəm
Prezidentin köməkçisi: "İşçilərinin sertifikatı olmayan obyektlər bağlanacaq"

“Yoluxma risklərinin azaldılması məqsədilə açılacaq obyektlərdə yəni idman sağlamlıq mərkəzlərinin işçilərinin vaksinasiya və ya immunitet sertifikatının olması tələbi nəzərdə tutulur”.

Reyting.az
xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 25-də keçirilən brifinqində deyib.

O bildirib ki, bu tələb iyulun 1-dən tətbiq olunacaq və həmin tarixdən adıçəkilən obyetklərin 80 faiz işçilərindən tələb olunan sənədlər olmasa həmin obeyktlərə xəbərdarlıq ediləcək və hətta bağlana bilərlər: “Bu məsələ konsert, teatr, kinoteatr və şənlik salonlarına da aiddir. Gələcəkdə həmin obyektlərin xidmətindən istifadə etmək istəyənlərə təcili vaksinasiyadan keçməyi tövsiyə edərdim”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər