Azərbaycanda daha 284 nəfər koronavirusa yoluxub, 10 nəfər vəfat edib
Tarix: 25-05-2021 16:34 | Bölmə: Gündəm
Azərbaycanda daha 284 nəfər koronavirusa yoluxub, 10 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 284 yeni yoluxma faktı qeydə alınıb, 545 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 10 nəfər vəfat edib.

Bununla da indiyədək ölkədə ümumilikdə 332 894 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 321 677 nəfər müalicə olunaraq sağalıb, 4 877 nəfər vəfat edib. 6 340 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 825, bu günə qədər isə ümumilikdə 3 468 615 test icra olunub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər