Ermənistan Kəlbəcər, Şuşa və Gədəbəy istiqamətində atəşkəsi pozub
Tarix: 26-05-2021 13:13 | Bölmə: Gündəm
Ermənistan Kəlbəcər, Şuşa və Gədəbəy istiqamətində atəşkəsi pozub

Mayın 24-dən 26-dək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulub.

Reyting.az
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, eyni zamanda Ermənistan tərəfi təxribat məqsədilə Şuşa şəhəri ətrafında yerləşən postlarımız istiqamətində avtomat silahlardan havaya atəş açıb:

"Cavab atəşi açılmayıb. İtki yoxdur".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}