ATƏT media işçilərinin Kəlbəcərdə faciəvi ölümü ilə bağlı bəyanat verib
Tarix: 04-06-2021 20:07 | Bölmə: Gündəm
ATƏT media işçilərinin Kəlbəcərdə faciəvi ölümü ilə bağlı bəyanat verib

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Tereza Ribeiro iyunun 4-də Kəlbəcərdə media işçilərinin minaya düşərək şəhid olmasından dərin narahatlığını bildirib.

Bu barədə ATƏT-in yaydığı bəyanatda deyilir.

“Məhərrəm İbrahimov və Sirac Abışovun faciəvi ölümü xəbəri dəhşətlidir və mən onların yaxınlarına və həmkarlarına başsağlığı diləyirəm”, – T.Ribeiro vurğulayıb.

ATƏT rəsmisi hüquq-mühafizə orqanlarının məsələylə bağlı cinayət işi açdığını qeyd edərək günahkarların məsuliyyətə cəlb ediləcəyinə ümidvar olduğunu bildirib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər