Müdafiə Nazirliyi: “Ermənistan vəziyyəti gərginləşdirməyə çalışır”
Tarix: 06-06-2021 00:37 | Bölmə: Gündəm
Müdafiə Nazirliyi: “Ermənistan vəziyyəti gərginləşdirməyə çalışır”

Azərbaycan Müdafiə Nazirliyi Kəlbəcər rayonu istiqamətindəki sərhəddə baş verən atışma barədə Ermənistan mətbuatının yaydığı xəbəri təkzib edib.

Reyting.az
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı açıqlama verib.

O bildirib ki, sərhəddə vəziyyət sakitdir: "Atəşkəsin pozulması halı qeydə alınmayıb. Ermənistan Müdafiə Nazirliyinin yaydığı xəbər bir daha bölgədəki vəziyyəti gərginləşdirməyə yönəlmiş təxribatdır”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər