Qarabağda Azərbaycana qarşı döyüşən Rusiya vətəndaşı hakim qarşısına çıxarılır
Tarix: 11-06-2021 12:35 | Bölmə: Gündəm
Qarabağda Azərbaycana qarşı döyüşən Rusiya vətəndaşı hakim qarşısına çıxarılır

Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində olan cinayət işi üzrə keçiriləcək məhkəmənin vaxtı məlum olub.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək məhkəmənin hazırlıq iclası iyunun 23-ü saat 10:30-a təyin edilib.

Cinayət işinə hakim Samir Əliyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində Azərbaycan Cinayət Məcəlləsinin 214-3.1 (terrorçuluq, terrorçuluğu maliyələşdirmə), 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər