17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Xarici diplomatlar Ağdamda: "İmarət" kompleksi, Natəvanın məqbərəsi və Cümə məscidi ziyarət olunub - Foto (Yenilənib)
Tarix: 13-06-2021 14:23 | Bölmə: Gündəm
Xarici diplomatlar Ağdamda: "İmarət" kompleksi, Natəvanın məqbərəsi və Cümə məscidi ziyarət olunub

Xarici diplomatlar Ağdamda ermənilər tərəfindən dağıdılmış “İmarət” kompleksinə baş çəkib

Reyting.az
Trend-ə istinadla xəbər verir ki, diplomatları Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Tədbirdə iştirak edən tanınmış fotoqraf Reza Deqati xarici diplomatik korpus nümayəndələrini Ağdam şəhərində Xurşidbanu Natəvanın işğalçı Ermənistan qüvvələri tərəfindən dağıdılmış məqbərəsi ilə tanış edib

Birinci vitse-prezidentin köməkçisi Emin Hüseynov, həmçinin İmarət kompleksində ermənilərin törətdiyi dağıntılardan danışıb.

***

Tədbirdə iştirak edən tanınmış fotoqraf Reza Deqati xarici diplomatik korpus nümayəndələrini Ağdam şəhərində Xurşidbanu Natəvanın işğalçı Ermənistan qüvvələri tərəfindən dağıdılmış məqbərəsi ilə tanış edib.

***

Diplomatlar daha sonra  Ağdam şəhərində yerləşən Cümə məscidində olublar.

Tədbirdə iştirak edən məşhur fotoqraf Reza Deqati diplomatlara Xocalı soyqırımı barədə danışıb, soyqırımının qurbanı olmuş insanların və qaçqınların şəkillərini tədbir iştirakçılarına nümayiş etdirib.

Tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov, həmçinin ermənilərin Ağdam şəhərində, o cümlədən Cümə məscidində törətdiyi vəhşiliklərdən və dağıntılardan danışıb.

İran səfiri və səfirliyin nümayəndələri Cümə məscidində namaz qılıblar.





Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}