Prezident: “Şuşa bəyannaməsində tarixi Qars bəyannaməsinə istinad edilir”
Tarix: 15-06-2021 17:25 | Bölmə: Gündəm
Prezident: “Şuşa bəyannaməsində tarixi Qars bəyannaməsinə istinad edilir”

“Bu gün həyatımızın tarixində əlamətdar gündür. Tarixi bir gündür. Bu gün biz qardaş ölkənin əziz Prezidenti Rəcəb Tayyib Ərdoğanı Qarabağ torpağında, Şuşa torpağında salamlayırıq”.

Reyting.az
xəbər verir ki, bunu Şuşada Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Prezident vurğulayıb: “Əziz qardaşım Azərbaycanda dəfələrlə olub. Ancaq ilk dəfə Qarabağ torpağında, Şuşada biz bir yerdəyik. Bu səfərin tarixi əhəmiyyəti var”.

Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsinə toxunan dövlət başçısı bildirib ki, Birgə bəyannamədə tarixi Qars bəyannaməsinə istinad edilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}