İlham Əliyev Bayraktarı “Qarabağ” ordeni ilə təltif edib
Tarix: 15-06-2021 19:53 | Bölmə: Gündəm
İlham Əliyev Bayraktarı “Qarabağ” ordeni ilə təltif edib

“Az öncə qardaşım İlham Əliyev “Baykar” İdarə Heyətindən Haluk Bayraktarı “Qarabağ” ordeni ilə təltif etdi”.

Reyting.az
xəbər verir ki, bunu Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğan bu gün Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə keçirilən mətbuat konfransında bildirib.

Ərdoğan Bayraktar ailəsi adından Azərbaycan dövlətinin başçısına ayrıca təşəkkür edib.

Qeyd edək ki, “Baykar” şirkətinin Baş direktoru olan H. Bayraktar “Baykar” şirkətinin texnik direktoru və qurucusu Səlcuk Bayraktarın qardaşıdır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}