Qarabağda döyüşən Rusiya vətəndaşın işi məhkəmə baxışına verilib
Tarix: 23-06-2021 11:15 | Bölmə: Gündəm
Qarabağda döyüşən Rusiya vətəndaşın işi məhkəmə baxışına verilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviçin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Reyting.az
xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

E.Dubakova hüquqları izah olunub, dövlət hesabına vəkillə təmin edildiyi bildirilib.

Məhkəmənin baxış iclası iyunun 30-na təyin edilib.

Qeyd edək ki, Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində Azərbaycan Cinayət Məcəlləsinin 214-3.1 (terrorçuluq, terrorçuluğu maliyələşdirmə), 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham edilir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər