Prezident üç nəfərə ali hərbi rütbə verib - Sərəncamlar
Tarix: 23-06-2021 19:17 | Bölmə: Gündəm
Prezident üç nəfərə ali hərbi rütbə verib

General-mayor Fazil Köçəri oğlu Ağalarova “general-leytenant” ali hərbi rütbəsi verilib.

Reyting.az
xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə ədliyyə polkovniki İlyas Ramiz oğlu Rzayevə “ədliyyə general-mayoru” ali hərbi rütbəsi verilib.

Polkovnik Rafiq Sultan oğlu Ramazanova da “general-mayor” ali hərbi rütbəsi verilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}