Nazirlər Kabinetinin qərarlarında dəyişiklik edilib
Tarix: 25-06-2021 11:31 | Bölmə: Gündəm
Nazirlər Kabinetinin qərarlarında dəyişiklik edilib

Nazirlər Kabineti hava nəqliyyatı ilə bağlı bir sıra qərarlarını dəyişib.

Reyting.az
xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Nazirlər Kabineti “Həbs edilmiş şəxslərin hava gəmisində daşınması Qaydası”nın təsdiq edilməsi barədə” 2 avqust 2013-cü il tarixli, “Qanunsuz müdaxilə aktları ilə bağlı təqdim edilmiş rabitə xidmətlərindən istifadə Qaydaları”nın və “Qanunsuz müdaxilə aktları ilə bağlı təqdim edilmiş rabitə xidmətlərinə görə haqqın ödənilməsi Qaydası və Şərtləri”nin təsdiq edilməsi barədə” 28 dekabr 2013-cü il tarixli, “Hava gəmilərinin yoxlanılması və onlara baxış keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 30 yanvar 2014-cü il tarixli, “Aviasiya təhlükəsizliyi sahəsində personalın hazırlığı üzrə Milli Proqram”ın təsdiq edilməsi barədə” 10 aprel 2014-cü il tarixli, “Sərnişinlərə, onların əl yükü və baqajlarına baxış keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 10 iyul 2014-cü il tarixli, “Hava gəmisində silahın daşınması Qaydası”nın təsdiq edilməsi barədə” 30 dekabr 2014-cü il tarixli və “Aviasiya təhlükəsizliyi sahəsində keyfiyyətə nəzarət üzrə Milli Proqram”ın təsdiq edilməsi barədə” 16 iyun 2015-ci il tarixli qərarlarında dəyişiklik edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər