Ermənistan silahlı qüvvələri növbəti dəfə təxribat törədib
Tarix: 28-06-2021 00:05 | Bölmə: Gündəm
Ermənistan silahlı qüvvələri növbəti dəfə təxribat törədib

İyunun 27-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Kolagir kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Reyting.az
Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər