Azərbaycanda daha 75 nəfər koronavirusa yoluxub, 1 nəfər vəfat edib
Tarix: 01-07-2021 16:33 | Bölmə: Gündəm
Azərbaycanda daha 75 nəfər koronavirusa yoluxub, 1 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 75 yeni yoluxma faktı qeydə alınıb, 56 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 336 122 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 275 nəfər müalicə olunaraq sağalıb, 4 975 nəfər vəfat edib, aktiv xəstə sayı 872 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8828, ötən müddət ərzində isə ümumilikdə 3 758 131 test aparılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}