18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Əli Əsədov Rusiya Hökumətinin sədrinə başsağlığı verib
Tarix: 07-07-2021 11:46 | Bölmə: Gündəm
Əli Əsədov Rusiya Hökumətinin sədrinə başsağlığı verib

Azərbaycanın Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə başsağlığı məktubu ünvanlayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Reyting.az-a bildirilib ki, Baş nazir Kamçatkada sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbərindən kədərləndiyini bildirib.

Məktubda Rusiya Hökumətinin sədrinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}