Prezident elektrik enerjisi istehsalı ilə bağlı yeni qanunu təsdiqləyib
Tarix: 12-07-2021 16:37 | Bölmə: Gündəm
Prezident elektrik enerjisi istehsalı ilə bağlı yeni qanunu təsdiqləyib

Prezident İlham Əliyev "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanunu imzalayıb.

Reyting.az
xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndinə uyğun olaraq, elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadənin hüquqi, iqtisadi və təşkilati əsaslarını, habelə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalının təşviq edilməsi üçün dəstək mexanizmlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.

Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}