Şuşa ətrafındakı mövqelərimiz yenidən atəşə tutulub
Tarix: 15-07-2021 10:51 | Bölmə: Gündəm
Şuşa ətrafındakı mövqelərimiz yenidən atəşə tutulub

İyulun 15-i gecə saatlarında Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Atəş, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb. Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Qeyd edək ki, Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqeləri iyulun 13-də də pulemyot və avtomatlardan atəşə tutulub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}