Ermənilər Kəlbəcərdəki mövqelərimizi atəşə tutub, cavab atəşi ilə düşmən susdurulub
Tarix: 15-07-2021 18:26 | Bölmə: Gündəm
Ermənilər Kəlbəcərdəki mövqelərimizi atəşə tutub, cavab atəşi ilə düşmən susdurulub

İyulun 15-də saat 14:15 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən Reyting.az-a verilən məlumata görə, qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb:

"Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər