Azərbaycanda daha 213 nəfər COVID-19-a yoluxub, 1 nəfər ölüb
Tarix: 17-07-2021 16:50 | Bölmə: Gündəm
Azərbaycanda daha 213 nəfər COVID-19-a yoluxub, 1 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 213 yeni yoluxma faktı qeydə alınıb, 88 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 338 183 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 200 nəfər müalicə olunaraq sağalıb, 4 991 nəfər vəfat edib. 1 992 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 817, bu günə qədər isə ümumilikdə 3 905 500 test icra olunub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər