13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Zakir Həsənov: "Məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür"
Tarix: 28-07-2021 15:30 | Bölmə: Gündəm
Zakir Həsənov: "Məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür"

İyulun 28-də Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Amerika Birləşmiş Ştatlarının Oklahoma Ştatının qubernatoru Con Kevin Stittin başçılıq etdiyi və həmin ştatın Milli Qvardiyasının komandanı general-mayor Maykl Tompsonun təmsil olunduğu nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən Reyting.az-a verilən məlumata görə, qonaqları salamlayan Müdafiə naziri azad edilmiş ərazilərdə, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhədində yaranmış son vəziyyətə toxunaraq baş vermiş bu günkü insidentlə bağlı onlara ətraflı məlumat verib, gərginliyin artırılmasına görə məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü qeyd edib.

General-polkovnik Z.Həsənov əməkdaşlığın müxtəlif istiqamətləri üzrə iki ölkə arasında əldə edilmiş müsbət nəticələrdən, Oklahoma ştatının milli qvardiyası ilə Azərbaycan Ordusu arasında qarşılıqlı əlaqələrin cari vəziyyətindən məmnunluğunu ifadə edərək bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Oklahoma Ştatının qubernatoru C.K.Stitt Azərbaycan Ordusunun hərbi qulluqçularının Əfqanıstandakı “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasına verdiyi töhfəyə görə minnətdarlığını bildirib, mövcud hərbi əməkdaşlığın genişləndirilməsinin tərəfdarı olduğunu vurğulayıb.
Ötən il qazanılan qələbənin Azərbaycan Ordusunun yüksək hazırlığının göstəricisi olduğunu qeyd edən Oklahoma Ştatının Milli Qvardiyasının komandanı general-mayor M.Tompson şəhid olanların ailələrinə baş sağlığı verib.

Görüşdə tərəflər Azərbaycan Ordusu ilə Oklahoma Ştatının Milli Qvardiyası arasında Tərəfdaşlıq Proqramı çərçivəsində keçirilən birgə tədbirlərə dair fikir mübadiləsi aparıblar.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər