Hikmət Hacıyev: “Azərbaycandan Türkiyəyə yardım dəstələri göndəriləcək”
Tarix: 30-07-2021 11:30 | Bölmə: Gündəm
Hikmət Hacıyev: “Azərbaycandan Türkiyəyə yardım dəstələri göndəriləcək”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycandan Türkiyəyə yardım dəstələri göndəriləcək.

Reyting.az
-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H. Hacıyev bildirib: “Bununla əlaqədar olaraq, Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Baş nazirinə və Fövqəladə Hallar Nazirliyinə lazımi tapşırıqlar və göstərişlər verilib. Müvafiq dövlət qurumları Türkiyədən olan tərəf müqabilləri ilə əlaqə qurub və ən qısa zamanda yardım dəstələri qardaş ölkəyə yola düşəcək”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}