13:08 / 26-03-2026
Sabah yağış yağacaq
Azərbaycanda karbamid istehsalı azalıb
Tarix: 18-03-2026 17:50 | Bölmə: İqtisadiyyat

Azərbaycanda karbamid istehsalı azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 42,9 min ton həcmində karbamid istehsal olunub.

Reyting.az xəbər verir ki, bunu Dövlət Statistika Komitəsindən bildiriblər.

Qeyd olunur ki, bu istehsal 2025-ci ilin iki ayı ilə müqayisədə 50,7 faiz azdır.

Bu ilin martın 1-nə 15,7 min ton hazır məhsul qalığı yaranıb.

Xatırladaq ki, karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki "SOCAR Karbamid" zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 faizi ixrac üçün nəzərdə tutulub.





Bölməyə aid digər xəbərlər