13:08 / 26-03-2026
Sabah yağış yağacaq
Qlobal birjalarda neftin qiyməti 111 dolları keçib
Tarix: 19-03-2026 08:57 | Bölmə: İqtisadiyyat

Qlobal birjalarda neftin qiyməti 111 dolları keçib

ABŞ, İran və İsrail arasındakı münaqişə Hörmüz boğazı ilə daşımaların dayandırılmasına səbəb olub.

Reyting.az xarici mediaya istinadla xəbər verir ki, Nyu-York birjasından yayımlanan ticarət məlumatlarına əsasən, Brent markalı neftin bir barelinin qiyməti 111 dolları ötüb.

Martın 19-na keçən gecə may fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 7,14 faiz artaraq 1 barelə görə 110,56 dollar təşkil edib. Daha sonra bir barel üçün 111,15 dollara yüksəlib.

WTI markalı neftin may fyuçersləri isə 3,07 faiz artaraq bir barel üçün 98,60 ABŞ dolları təşkil edib.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər